İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya general - mayoru Həzi Aslanovun şərəfli adının layiqli daşıyıcısı, igid babanın qürur dolu davamçısı, I Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı orden"li, Hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Həzi Aslanovun doğum günüdür! Həzi Aslanov Ev Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Babayeva və kollektivi adından Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirik! Sizə möhkəm cansağlığı, ailə səadəti və xidməti fəaliyyətinizdə tükənməz nailiyyətlər arzulayırıq! Siz o böyük generalımızın adını həyatınızın hər anında göstərdiyiniz ləyaqətlə, dəyanətlə və Vətən sevgisi ilə şərəflə ucaldırsınız. Həzi Aslanov Ev Muzeyi olaraq bizim üçün sizin varlığınız, hər zaman göstərdiyiniz diqqət, qayğı və dəstək əvəzsizdir. Muzeyin hər bir addımında, qorunan hər bir xatirədə o nəcib ürəyinizin hərarəti və himayəniz hiss olunur. Hər zaman yanımızda olmağınız, qayğımızı çəkməyiniz necə böyükürəkli, xeyirxah və əsl vətənpərvər insan olduğunuzun sübutudur. Sizin kimi mərd, ziyalı və ləyaqətli bir generalın qayğısını hiss etmək bizim üçün ən böyük xoşbəxtlikdir. Səmimiyyətiniz, insanlığınıza verilən dəyər və hər vaxt köməyə hazırolduğunuz səxavətli qəlbiniz hər cür tərifə, ən uca sözlərə layiqdir. Zati-alinizə möhkəm cansağlığı, polad iradə, həyatınızda yeni-yeni zirvələr arzulayırıq. Yaxşı ki, varsınız, hər zaman uca olasınız Cənab General !!!
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologiya elmləri namizədi Kuljanova Bəktigül Rayxanovna və filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar xanımlar qonaq oldu. Əfsanəvi generalın ruhu ilə nəfəs alan bu ocaqda qonaqlarımızla keçmişin izləri, qəhrəmanlıq salnaməmiz və xalqlarımızın qardaşlıq bağları barədə kövrək və mənalı anlar yaşandı. Muzeyimizin eksponatları ilə tanışlıq zamanı səslənən fikirlər, ortaq dəyərlərimizə olan ehtiram, bir daha sübut etdi ki, qəhrəmanların vətəni bütün dünyadır.
Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının sədri İqbal Əmənullayev, YAP Salyan rayon təşkilatlarının sədri Elmar Əhmədov və hər iki rayon təşkilatırının əməkdaşları muzeyi ziyarət edərək Azərbaycanın igid sərkərdəsi, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları Qvardiya general-mayoru Həzi Aslanovun zəngin ömür yolu və şərəfli döyüş salnaməsi ilə yaxından tanış oldular. Ziyarət zamanı qonaqlara muzeydə qorunub saxlanılan qiymətli və yeni eksponatlar haqqında ətraflı məlumati muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Babayeva tərəfindən təqdim edilmişdir. Həzi Aslanovun Vətən qarşısındakı misilsiz xidmətləri və qəhrəmanlıq irsi bir daha diqqətə çatdırıldı.
Belarusdakı "Qobustan " Azərbaycan - Belarus Mədəni - Maarif Cəmiyyətinin, diaspor təşkilatının sədri, Astara rayonundan olan tanınmış iş adamı, xeyriyyəçi Baxşı Qəmbərov İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General- mayoru Həzi Aslanovun Ev- muzeyini ziyarət etdi. Xatırladaq ki, məhz Baxşı Qəmbərovun fədakar səyi və dəstəyi ilə 2009 - cu ildə Belarus Respublikasının Vileyka şəhərində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əzəmətli abidəsi məhz Baxşı müəllimin şəxsi təşəbbüsü nəticəsində ucaldılmışdır. Vileyka şəhərin azad olunmasının 65-ci ildönümündə açılmışdır. Əsaslı təmirdən sonra muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Babayevanın təqdimatı ilə yenilənmiş ekspozisiya ilə yaxından tanış olan Baxşı Qəmbərov burada qorunan tarixi eksponatları yüksək qiymətləndirib və muzeyə yaradılan şəraitə və Vətən tarixinin təbliği istiqamətində gördükləri işlərə görə təşəkkürünü bildirib. O, illər öncə Vileykada qəhrəman sərkərdənin adının əbədiləşdirilməsi üçün böyük səylər göstərib. İndi isə Həzi Aslanovun ocağında — Ev-Muzeyində olmaqdan böyük qürur duyduğunu bildirən Baxşı müəllim muzeyi çox bəyəndiyini ifadə edib və dərin təəssürat hissləri ilə ayrılıb.
Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi layihə çərçivəsində, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 5, 6 və 7-ci sinif şagirdlərinin, Lənkəran şəhər Osaküçə kənd İdrak Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllim,valideyn və sinif şagirdləri Həzi Aslanovun Ev-muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiya müddətində şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə interaktiv dərslər, intellektual yarışlar və praktiki məşğələlər keçirilib. Bu formatda təşkil olunan tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət və tarixi irsimizə maraq hissini daha da artırır.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan olunmuş ənənəvi "Uşaq Hüquqları Aylığı" çərçivəsində Həzi Aslanovun Ev-Muzeyində Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı orta məktəb, Masallı rayon Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə maarifləndirici görüş keçirilmişdir. Məktəblilərə onların hüquq və azadlıqları haqqında məlumat verilmiş, eyni zamanda vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət və tarixi irsimizin qorunmasının əhəmiyyəti vurğulanmışdır. Gənc nəslin hüquqlarının qorunması, onların maariflənməsi və vətənpərvər ruhda tərbiyə olunması gələcəyimizin etibarlı təminatıdır.