Yeni Azərbaycan Partiyasının Lənkəran və Salyan rayon təşkilatının muzeyə ziyarəti
Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının sədri İqbal Əmənullayev, YAP Salyan rayon təşkilatlarının sədri Elmar Əhmədov və hər iki rayon təşkilatırının əməkdaşları muzeyi ziyarət edərək Azərbaycanın igid sərkərdəsi, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları Qvardiya general-mayoru Həzi Aslanovun zəngin ömür yolu və şərəfli döyüş salnaməsi ilə yaxından tanış oldular.
Ziyarət zamanı qonaqlara muzeydə qorunub saxlanılan qiymətli və yeni eksponatlar haqqında ətraflı məlumati muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Babayeva tərəfindən təqdim edilmişdir. Həzi Aslanovun Vətən qarşısındakı misilsiz xidmətləri və qəhrəmanlıq irsi bir daha diqqətə çatdırıldı.
Event Gallery