5 iyun 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran şəhərlərindəki H.Aslanov ev muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə yazıçı və şairlər,muzeyin əməkdaşları,şagirdlər iştirak etdilər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru Vəfa Babayeva açaraq qonaqları salamladı,birgə görüşün əhəmiyyətini qeyd etdi. Tədbir iştirakçıları şəhidlərimizin,doğum günü olan nakam şairimiz Mikayıl Müşfiqin,Səməd Vurğunun və Həzi Aslanovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli çıxış edərək yubiley tədbirinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general- mayoru Həzi Aslanovun ev muzeyində keçirilməsininin simvolik məna daşıdığını,hər iki Böyük Azərbaycanlının xidmət etdikləri sahənin dahi sərkərdələri olduğunu xüsusi ilə qeyd etdi. Tədbir xalqımızın Tədbirdə Muzeyin əməkdaşı Həcər Nəsirova, tarixçi-alim, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova,şairlər Ağamir Cavad,Xudaverdi Cavad,Xatirə Xatun,Qorxmaz Kadusi,Əfsanə Sultan çıxış edərək S.Vurgunun möhtəşəm poeziyası ilə bağlı düşüncələrini bölüşdülər,şeirlər səsləndirdilər. Məktəb şagirdləri Xədicə Ağayeva və Nuriyyə Məhərrəmovanın Böyük S. Vurğundan qiraət etdikləri şeirlər; Mirsalam Tağıyevin (S. Vurğun rolunda) və Hüseyn Məmmədlinin (H.Aslanov rolunda) ifa etdikləri S.Vurğunun H. Aslanova xəncər hədiyyə etməsi ilə bağlı məşhur görüşü canlandırdıqları səhnə tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbir muzeylə tanışlıq və Xatirə şəkilləri çəkilməklə sona yetdi.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-Muzeyində məktəblilər və balaca ziyarətçilər qonaq oldular.Balaca ziyarətçiləri qəbul etməkdən böyük məmnunluq duyduq. Muzeylə tanış olan uşaqlar Azərbaycanın igid oğlu, Həzi Aslanovun şərəfli həyat yolu və qəhrəmanlıqları haqqında məlumat əldə etdilər. Onların marağı və vətənpərvərlik ruhu ilə səsləndirdikləri fikirlər, sevinc dolu baxışları və səmimi təəssüratları bu günü daha da yaddaqalan etdi. Uşaqlar bizim gələcəyimiz, ən böyük sərvətimizdir. dünyanın ən saf sevgisi, ən gözəl gülüşü və gələcəyimizin ümididir. Arzu edirik ki, onların həyat yolu daim işıqlı, uğurlu və xoşbəxt olsun. Onların üzündən təbəssüm, qəlbindən sevinc heç vaxt əskik olmasın.
Bu gün tarix yazan sərkərdə, İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qoşunları Qvardiya General-mayoru Həzi Aslanovun Ev-Muzeyinin fəaliyyətə başlamasının 57 illiyi tamam olur. Bu müqəddəs məkan artıq 57 ildir ki, xalqımızın qəhrəman oğlu Həzi Aslanovun şərəfli ömür yolunu, döyüşlərdə göstərdiyi misilsiz igidliyi və Vətənə olan sonsuz sədaqətini yaşadır, gələcək nəsillərə ötürür. Həzi Aslanovun Ev-Muzeyi təkcə bir tarix guşəsi deyil, həm də bir millətin yaddaşı, bir xalqın qürur yeridir. Buraya daxil olan hər bir ziyarətçi sanki keçmişə səyahət edir, qəhrəmanlıqla yoğrulmuş bir ömrün izlərinə toxunur və Vətən sevgisinin nə demək olduğunu daha dərindən hiss edir. İllər ötür, nəsillər dəyişir, amma Həzi Aslanovun adı, onun igidliyi və xalqımızın qəlbində yaratdığı qürur hissi heç vaxt solmur. Bu muzey isə həmin əziz xatirəni qoruyub yaşadan müqəddəs bir ocaq kimi daim öz yüksək dəyərini saxlamaqdadır.
Bu tədbir, İkinci Dünya Müharibəsinin əfsanəvi sərkərdəsi, tank qoşunları general-mayoru Həzi Aslanovun əziz xatirəsini yad etmək məqsədilə təşkil olunur. Tədbir çərçivəsində qəhrəmanın həyat və döyüş yolunu əks etdirən geniş mühazirə dinləniləcək, onun rəhbərlik etdiyi alayın keçdiyi tarixi marşrut analiz ediləcəkdir. Muzey rəhbərliyi və tarixçi alimlərin iştirakı ilə keçiriləcək paneldə generalın hərbi taktikaları barədə maraqlı faktlar açıqlanacaq. Sonda qonaqlar üçün muzeyin fondlarında qorunan, generala məxsus nadir şəxsi əşyalar və orijinal sənədlərin nümayiş olunduğu xüsusi bələdçi turu təşkil ediləcəkdir.
18 - May Beynəlxalq Muzeylər Günü münasibətilə şöhrətli sərkərdə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev - muzeyində çoxsaylı ziyarətçiləri, məktəbliləri və dəyərli qonaqları qarşılamaqdan böyük məmnunluq duyduq. Bakı şəhəri Mərkəzi Hərbi Hospitalın bir qrup işçiləri, Neftçala rayonu Q. Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri, gün ərzində keçirilən görüşlər, ekskursiyalar və maraqlı söhbətlər muzeylərin tariximizi yaşatmaqda və gələcək nəsillərə çatdırmaqda nə qədər önəmli olduğunu bir daha göstərdi.Gənc nəslin tariximizə olan marağı, qonaqlarımızın xoş təəssüratları və səmimi sözləri bu əlamətdar günü daha da yaddaqalan etdi. Muzeyi ziyarət edən hər kəsə təşəkkür edir, tariximizə və milli dəyərlərimizə göstərilən diqqəti yüksək qiymətləndiririk. Cəsur qəhrəmanın Ev - muzeyinə təşrif buyuran hər bir qonaq bütün muzey əməkdaşlarının Peşə bayramı münasibətilə səmimi təbriklərini bildirdilər. Muzeylər keçmişimizi yaşadan, gələcəyə ötürən mənəvi körpüdür. Tariximizi birlikdə yaşadaq və qoruyaq!
Gənclərin tariximizə marağı sevindiricidir. Lənkəran Dövlət Universitetinin Filologiya və İbtidai Təhsil fakültəsinin məktəbəqədər kafedrasının müəllimi Nağıyeva Zemfira tələbələri ilə, Şirvan Dövlət iqtisadiyyat və Humanitar kolleci tələbə və müəllimləri İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General- mayoru Həzi Aslanovun Ev-Muzeyini ziyarət edərək böyük sərkərdə Həzi Aslanovun həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular. Muzeydə keçirilən görüş zamanı tələbələrə Həzi Aslanovun keçdiyi şərəfli ömür yolu, Vətən qarşısındakı misilsiz xidmətləri haqqında məlumat verildi. Gənclərin diqqəti və marağı ziyarəti daha da yaddaqalan etdi. Tarixini tanıyan və qəhrəmanlarını unutmayan gənclər gələcəyimizin ən böyük qürurudur