Tarixə yazılan adın varisi”
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya general - mayoru Həzi Aslanovun şərəfli adının layiqli daşıyıcısı, igid babanın qürur dolu davamçısı, I Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı orden"li, Hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Həzi Aslanovun doğum günüdür!
Həzi Aslanov Ev Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Babayeva və kollektivi adından Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirik! Sizə möhkəm cansağlığı, ailə səadəti və xidməti fəaliyyətinizdə tükənməz nailiyyətlər arzulayırıq!
Siz o böyük generalımızın adını həyatınızın hər anında göstərdiyiniz ləyaqətlə, dəyanətlə və Vətən sevgisi ilə şərəflə ucaldırsınız.
Həzi Aslanov Ev Muzeyi olaraq bizim üçün sizin varlığınız, hər zaman göstərdiyiniz diqqət, qayğı və dəstək əvəzsizdir. Muzeyin hər bir addımında, qorunan hər bir xatirədə o nəcib ürəyinizin hərarəti və himayəniz hiss olunur. Hər zaman yanımızda olmağınız, qayğımızı çəkməyiniz necə böyükürəkli, xeyirxah və əsl vətənpərvər insan olduğunuzun sübutudur.
Sizin kimi mərd, ziyalı və ləyaqətli bir generalın qayğısını hiss etmək bizim üçün ən böyük xoşbəxtlikdir. Səmimiyyətiniz, insanlığınıza verilən dəyər və hər vaxt köməyə hazırolduğunuz səxavətli qəlbiniz hər cür tərifə, ən uca sözlərə layiqdir.
Zati-alinizə möhkəm cansağlığı, polad iradə, həyatınızda yeni-yeni zirvələr arzulayırıq. Yaxşı ki, varsınız, hər zaman uca olasınız Cənab General !!!
Event Gallery