Astaralı iş adamının dahi sərkərdə Həzi Aslanovun Ev- muzeyinə ziyarəti.

Tarix: 19 iyul, 2026

Həftə Sonu: 10:00

Məkan: Həzi Aslanovun Ev - muzeyi

Belarusdakı "Qobustan " Azərbaycan - Belarus Mədəni - Maarif Cəmiyyətinin, diaspor təşkilatının sədri, Astara rayonundan olan tanınmış iş adamı, xeyriyyəçi Baxşı Qəmbərov İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General- mayoru Həzi Aslanovun Ev- muzeyini ziyarət etdi.
Xatırladaq ki, məhz Baxşı Qəmbərovun fədakar səyi və dəstəyi ilə 2009 - cu ildə Belarus Respublikasının Vileyka şəhərində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əzəmətli abidəsi məhz Baxşı müəllimin şəxsi təşəbbüsü nəticəsində ucaldılmışdır. Vileyka şəhərin azad olunmasının 65-ci ildönümündə açılmışdır.
Əsaslı təmirdən sonra muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Babayevanın təqdimatı ilə yenilənmiş ekspozisiya ilə yaxından tanış olan Baxşı Qəmbərov burada qorunan tarixi eksponatları yüksək qiymətləndirib və muzeyə yaradılan şəraitə və Vətən tarixinin təbliği istiqamətində gördükləri işlərə görə təşəkkürünü bildirib.
O, illər öncə Vileykada qəhrəman sərkərdənin adının əbədiləşdirilməsi üçün böyük səylər göstərib. İndi isə Həzi Aslanovun ocağında — Ev-Muzeyində olmaqdan böyük qürur duyduğunu bildirən Baxşı müəllim muzeyi çox bəyəndiyini ifadə edib və dərin təəssürat hissləri ilə ayrılıb.

Event Gallery

Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.
Eventdə çəkilmiş şəkil.

Digər Tədbirlər

15, sentyabr 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya general - mayoru Həzi Aslanovun şərəfli adının layiqli daşıyıcısı, igid babanın qürur dolu davamçısı, I Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı orden"li, Hü...

15, sentyabr 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologi...

02, avqust 2026

Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının sədri İqbal Əmənullayev, YAP Salyan rayon təşkilatlarının sədri Elmar Əhmədov və hər iki rayon təşkilatırının əməkdaşları muzeyi ziyarət edərək Azərbaycanın igid sərkərdəs...

17, iyun 2026

Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi layihə çərçivəsində, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin 5, 6 və 7-ci sinif şagirdlərinin, Lənkəran şəhər Osaküçə kənd İdrak Hüseynov adına tam orta ...