LDU və Şirvan Dövlət Kollecinin Tələbələri Həzi Aslanovun Ev-Muzeyində

Tarix: 17 may, 2026

Həftə Sonu: 10:00

Məkan: Hazi Aslanov Ev Muzeyi

Gənclərin tariximizə marağı sevindiricidir.

Lənkəran Dövlət Universitetinin Filologiya və İbtidai Təhsil fakültəsinin məktəbəqədər kafedrasının müəllimi Nağıyeva Zemfira tələbələri ilə, Şirvan Dövlət iqtisadiyyat və Humanitar kolleci tələbə və müəllimləri İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General- mayoru Həzi Aslanovun Ev-Muzeyini ziyarət edərək böyük sərkərdə Həzi Aslanovun həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular.

Muzeydə keçirilən görüş zamanı tələbələrə Həzi Aslanovun keçdiyi şərəfli ömür yolu, Vətən qarşısındakı misilsiz xidmətləri haqqında məlumat verildi. Gənclərin diqqəti və marağı ziyarəti daha da yaddaqalan etdi.

Tarixini tanıyan və qəhrəmanlarını unutmayan gənclər gələcəyimizin ən böyük qürurudur

Digər Tədbirlər

15, sentyabr 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya general - mayoru Həzi Aslanovun şərəfli adının layiqli daşıyıcısı, igid babanın qürur dolu davamçısı, I Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı orden"li, Hü...

15, sentyabr 2026

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiya General - mayoru Həzi Aslanovun Ev-muzeyi bu gün elm və mədəniyyət dünyasının dəyərli nümayəndələrini – Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dosenti, filologi...

02, avqust 2026

Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının sədri İqbal Əmənullayev, YAP Salyan rayon təşkilatlarının sədri Elmar Əhmədov və hər iki rayon təşkilatırının əməkdaşları muzeyi ziyarət edərək Azərbaycanın igid sərkərdəs...

19, iyul 2026

Belarusdakı "Qobustan " Azərbaycan - Belarus Mədəni - Maarif Cəmiyyətinin, diaspor təşkilatının sədri, Astara rayonundan olan tanınmış iş adamı, xeyriyyəçi Baxşı Qəmbərov İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Qvardiy...